İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni nazir anklavlar haqqında: “Müxtəlif variantlar nəzərdən keçirilir”

737 29.05.2023 17:35 Region A A

“Hazırda aktiv danışıqlar prosesi gedir, amma Azərbaycan tərəfdən başqa açıqlamalar gəlir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bu gün parlamentdə keçirilən brifinqdə danışıb.

Anklavlarla bağlı danışan Sanosyan bu barədə müxtəlif variantların səsləndirildiyini bildirib:

“Anklavlarla bağlı danışıqlarda müxtəlif müzakirələr, ssenarilər var. Aydındır ki, bu proses yetişəndə hüquqi sənədlər burada mühüm rol oynayacaq. Yəni hər hansı əraziyə, hər hansı statusa malik olmaq üçün hüquqi əsaslar olmalıdır. Düşünürəm ki, o zaman kimin hansı əraziyə hüquqi əsası olduğu görünəcək”.

Sanosyanın sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan tərəfində anklav ərazilərin olduğu göz qabağındadır.

“Düşünürəm ki, bütün bunlar bir ümumi paketdə nəzərdən keçiriləcək”, - deyə erməni nazir qeyd edib.

Qnel Sanosyan yerli jurnalistlərin anklavların təslim edilməsi ilə bağlı iradlarıyla razılaşmadıqlarını ifadə edib.

“Dəyişiklik və mübadilə iki fərqli şeydir, niyə həmişə “təslim etmək”dən danışırsınız anlamıram”, - deyə Sanosyan vurğulayıb.

Mübahisəli ərazilərin Azərbaycana qaytarılması halında dövlət əhəmiyyətli yolların Bakının nəzarətinə keçməsinin mümkünlüyü məsələsinə gəlincə, Qnel Sanosyan bütün ssenarilər üçün həll yollarının tapılmalı olduğunu bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR