İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni məmurdan AÇIQLAMA: İrəvan qədim tarixə malikdir və ermənilər bura gəlmədir

1572 27.08.2023 19:00 Region A A

Zaman-zaman İrəvanın qədim Azərbaycan torpağı olduğunu ermənilər də etiraf edib. Ancaq məhz bu ərəfələrdə erməni məmurun bunu etiraf etməsi sözün əsl mənasında sensasiya sayıla bilər.

KONKRET.az xəbər verir ki, İrəvan administrasiyasının arxitektoru verdiyi müsahibədə bildirib ki, İrəvan qədim tarixə malikdir və ermənilər bura gəlmədir.

"Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra bura erməni arxitektor göndərilir. Sankt-Peterburqda təhsil almış memar Aleksandr Tamanyan şəhərin bütün tarixi izlərini məhv edir. Yeni, kiçik paytaxt salır" - o deyib.

Qeyd edək ki, memarın Ermənistandakı ilk işi İrəvan üçün planlaşdırma layihəsi olub. Çünki Moskva üçün İrəvanın baş planı şəhərsalmada ideoloji məsələnin diqqət mərkəzində saxlanılması olub.

O, İrəvanın yenidən qurulması üçün azərbaycanlılara məxsusluğunu göstərən bütün tarixi abidələri məhv edib. Tamanyan 1925-ci ildən başlayaraq, 1933-cü ilə qədər Ermənistanda kiçik şəhər və kəndlərin yeni baş planlarını da tamamlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR