İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni mediasından Dəmirli yatağı ilə bağlı ilginc iddia

2047 01.03.2023 21:58 Gündəm A A

Ermənistan mətbuatı Xocalıdakı məlum görüşün ardınca Azərbaycan nümayəndələrinin hazırda Dəmirli (Kaşen) yatağında olduğu barədə xəbər yayıblar.

Musavat.com bildirir ki, MediaHub-un mənbəsinin iddiasına görə, bu, son günlər azərbaycanlıların yatağın ərazisinə sərbəst daxil olduğu ilk səfər deyil.

Media qurumu müvafiq qurumun rəhbərliyi ilə əlaqə yaratmağa çalışsa da, cəhdlər heç bir nəticə verməyib.

Xatırladılır ki, dekabrda qondarma rejimin “hakimiyyət”i mədənləri qanunsuz istismar edən “Base Metals” şirkətinin rəhbərliyi ilə birlikdə iş fəaliyyətinin “müvəqqəti” dayandırılması qərarına gəlib.

“Rəsmi açıqlamada “Qonşu ölkənin ekoloqlarının yaratdığı qeyri-sağlam atmosferi və beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini nəzərə alaraq, “Base Metals”in fəaliyyəti ilə bağlı beynəlxalq ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət edilməsi qərara alınıb”,-deyə xəbərdə bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR