İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni mayor minaya düşərək öldü

2061 13.10.2022 10:15 Region A A

Ermənistan ordusunun zabiti minaya düşüb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hadisə 12 oktyabr, saat 18.30 radələrində baş verib.

N saylı hərbi hissənin mayoru Saribek Qergeneviç Yeqoyan aldığı xəsarətlərdən ölüb. Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib. Lakin hadisənin hansı istiqamətdə baş verdiyi açıqlanmayıb.

Qeyd edək ki Azərbaycan ərazilərində basdıqdığı minalarla çoxsaylı insanlarımızın həlak olmasına və yaralanmasına bais olan ermənilər indi özləri Ermənistan istehsallı minaların hədəfinə tuş gəlirlər ki, bu yerdə ilahi ədalət demək olar. Yeri gəlmişkən, bir sıra hallarda ermənilər Azərbaycan hərbçilərinə qarşı mina basdırdığı zaman da itkilərlə üzləşirlər, mümkündür ki, bu dəfə də bənzər hadisə baş verib.

Toğrul İSMAYIL
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR