İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni lobbisinə ümid olan Makronun sabotaj niyyəti - ŞƏRH

442 29.06.2023 20:40 Siyasət A A

"Makronun Kişinyovdan ölkəsinə qayıtdıqdan sonra dərhal “Daşnaksütyun”un büro üzvü, Fransa Erməni Təşkilatları Federasiyasının koordinasiya şurasının həmsədri Papazyana zəng edərək ona hesabat verirmiş kimi, Kişinyovda Ermənistanın maraqlarını yalnız ozünün qoruduğunu bildirməsi və bununla da faktiki olaraq Şolts və Şarl Mişeli ermənilərin hədəf taxtasına qoyması absurd mənzərədir".

Bu fikirləri Musavat.com-a politoloq Vüqar Zifəroğlu deyib.

vuqar ziferoglu.jpg (212 KB)

Politoloq hesab edir ki, ölkəsində faktiki olaraq bir xaos yaşanan Fransa prezidentinin erməni lobbisinin dəstəyi ilə nə qədər uzağa gedə biləcəyi həm şübhəlidir, həm də Fransa adına bir faciədir: "Ümumiyyətlə, bu siyasi izdivacın tərəflərə nəsə uğurlu bir nəticə verəcəyi şübhəlidir. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin faktiki olaraq Azərbaycanla Ermənistan arasında gedən danışıqlarda müəyyən missiyanı üzərinə götürdüyü bir zamanda Makronun bu cür açıqlama verməsi Aİ daxilində sabotaj kimi də qiymətləndirilə bilər". 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR