İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni hərbi ekspert: Biz müharibəyə hazırlaşmalıyıq

1683 04.08.2023 01:26 Son xəbər A A

Biz ən yüksək instansiyalarda “Artsax”ın (rus sülhməramlılarının yerləşdiyi ərazidə oyuncaq və qondarma rejimə qoyulan uydurma ad-red.) təhlükəsizliyinin təminatçısı olmaqdan imtina etmişik, ordunun kiçik bir hissəsi olan müdafiə sistemimizdə ciddi islahatlar aparmırıq.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert, VOMA hərbi-siyasi cəmiyyətinin rəhbəri, kəşfiyyatçı Vova Vartanov deyib.

“Üç il kifayət qədər uzun müddətdir və biz lazımi dəyişiklikləri etsəydik, hətta iki ildən sonra elə nəticələr əldə edərdik ki, dünyada hamı təəccüblənərdi. Sülh müharibəyə hazırlaşmaq üçün verilir. Müharibə olsa da, olmasa da, biz müharibəyə hazırlaşmalıyıq. Laçın dəhlizinin açılması məsələsini ancaq hərbi yolla həll etmək olar, ”,-deyə revanşist Vartanov qeyd edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR