İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni hərbçilərə NÖVBƏTİ ZƏRBƏ

3065 12.04.2023 15:47 Son xəbər A A

Ermənistanda hərbi qulluqçulara xidməti vəzifələrini yerinə yetirərkən smartfonlardan istifadə qadağan ediləcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə aprelin 12-də Ermənistan parlamentinin iclasında müdafiə nazirinin müavini Arman Sərkisyan bəyan edib.

Qeyd edək ki, həmin iclasda Ermənistan silahlı qüvvələrinin İntizam Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi müzakirə olunub. Arman Sərkisyanın sözlərinə görə, hərbçilərin uniformada ictimai mitinqlərdə və digər oxşar tədbirlərdə iştirakına qadağa qoyulacaq. Hərbi qulluqçulara həm fərdi, həm də kollektiv formatda hərbi sahə ilə bağlı, o cümlədən siyasi problemlərlə əlaqədar çıxış etmək və ya bəyanatlar vermək yasağı gətirilir.

Bundan əlavə, hərbçilərin yuxarı rəhbərliyin yazılı icazəsi olmadan xidmətlə bağlı məlumatları xəbər vermək və müzakirə etmək, KİV-də, eləcə də internetdə video və fotolar dərc etmək hüququ olmayacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR