İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni hərbçi pulemyotla öldürüldü - ŞOK TƏFƏRRÜAT

1735 29.07.2023 20:13 Region A A

Ermənistanda hərbçi Murad Qriqoryanın döyüş mövqeyində ölməsi ilə bağlı cinayət işi açılıb. Onun hərbçi yoldaşı qətldə ittiham olunub.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, 2023-cü il iyulun 26-da Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin döyüş mövqeyində həmin bölmənin hərbi qulluqçusu Murad Serezhayeviç Qriqoryanın meyiti tapılıb. Baş nahiyəsindən güllələnmiş hərbçinin meyiti pulemyotun yanında aşkar edilib.

İbtidai istintaq zamanı müəyyən edilib ki, faciəyə səbəb bu döyüş vəzifəsində xidmət etmiş Murad Qriqoryanla həmkarı arasında şəxsi mövzularda söhbətdə söylənən təhqiramiz ifadə olub. Belə ki, çağırışçı yoldaşı PK tipli pulemyotdan açdığı atəşlə Murad Qriqoryana ölümcül yaralayıb. Hərbçi ittiham üzrə özünü təqsirli bilib və əməlindən peşman olub.

İyulun 28-də həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib və təmin edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR