İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni general: “4 kəndin qaytarılması Ermənistanı strateji üstünlüyündən məhrum edəcək”

768 14.03.2024 16:51 Region A A

 

“Tavuşdakı “Ermənistan ərazilərinin” (Azərbaycanın qanuni torpaqlarının -red.) Azərbaycana verilməsi İrəvanı oradakı strateji üstünlüyündən məhrum edəcək”.
 

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan sərhəd qoşunlarının birinci komandanı, general-mayor Levon Stepanyan deyib.

Erməni general Paşinyan hökumətinin bu məsələ ilə bağlı mövqeyini ziddiyyətli və ya qeyri-müəyyən hesab edir.

“Mən Paşinyanın mətbuat konfransını dinlədim. O, bu mövzuda danışdı, amma hələ də başa düşmədim ki, biz bu əraziləri təslim edirik, ya yox. Sonra onun naziri (ərazi idarəetmə və infrastruktur - red.) açıq şəkildə bildirdi ki, biz təslim edirik. Bu anklavların Başkəndlə dəyişdirilməsindən də danışılır. Amma Azərbaycan buna razı olmayacaq”, – deyə Stepanyan iddia edib.

Erməni hərbçinin fikrincə, Azərbaycan bu ərazilərin Ermənistan üçün dəyərini çox gözəl anlayır. “Çünki Gürcüstana gedən dövlətlərarası yol həmin ərazilərdən keçir. Təbii ki, Gürcüstana yol başqa ərazidən keçə bilər, buralar həm də strateji yüksəklikləri də özündə birləşdirir. Belə olan halda Azərbaycan çox ciddi üstünlük əldə edəcək. Ona görə də bu kəndləri heç bir halda vermək olmaz”,-deyə Stepanyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR