İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputatdan Azərbaycanla bağlı ŞOK AÇIQLAMALAR: "Gizli anlaşmaya görə ..."

2556 18.08.2023 18:32 Gündəm A A

"Dünən Nikol soydaşlarımıza daha bir nağıl danışaraq, tezliklə Qafan hava limanından müntəzəm reyslərin başlayacağı ilə öyünüb".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi Ermənistan parlamentinin deputatı Geqam Manukyandır.

“Sünikli olmayan nə qədər erməni 2020-ci ilin dekabrından onun bu gün endiyi hava limanının üzərində gizli razılaşma ilə Azərbaycan bayrağının dalğalandığını görüb və ya bilir?”,-deyə erməni deputat facebook səhifəsində yazıb.

“Nikolun gəlişindən bir neçə saat sonra Ermənistan sərhəd qoşunları artıq bir azərbaycanlının hava limanına yaxınlaşaraq onun istiqamətində atəş açması barədə məlumat vermişdilər. (erməni deputat burada Azrəabycanı şərləməkdən çəkinmir-red.)

Interview with Gegham Manukyan

"Mesajdan aydın olur ki, cavab atəşi olmayıb və erməni sərhədçiləri yalnız “nəzakətlə” azərbaycanlıları hadisə ilə bağlı lazımi araşdırma aparmağa və belə hadisələrin təkrarlanmaması üçün tədbirlər görməyə çağırıbar. Üstəlik, biz (ermənilər-red.) bu məsələdə əməkdaşlığa da hazırmışıq. Bu, öz ərazisini hücumlardan qorumağa belə qərar verməyən bir hökumətin vəd etdiyi gələcək və sülhdür. Onlar təhlükəsizlik və müdafiə sistemlərini çoxdan məhv ediblər. Mühafizəçilərin əhatəsində, bəlkə də əvvəldən azərbaycanlılarla razılaşaraq, Qafan hava limanına enmək asandır, lakin hücuma ekvivalent cavab verilməsə belə, bu şərtlərlə təhlükəsizliyi kim təmin edəcək”, - deyə revanşist Manukyan yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR