İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat Soçi görüşü barədə: “Saatları qarşılaşdırmaq lazım gələcək”

872 27.10.2022 13:30 Region A A

“Rusiyanın vasitəçiliyi ilə son üçtərəfli görüşdən bir ilə yaxın vaxt keçir. Bu gün saatı yoxlamağa ehtiyacımız var”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu oktyabrın 27-də Ermənistan Milli Assambleyasının hakim “Mülki müqavilə” partiyasından olan deputatı Sarkis Xandanyan söyləyib.

Onun sözlərinə görə, erməni tərəfinin gündəliyi son bir ildə baş vermiş məsələləri və hadisələri öyrənmək və araşdırmaqdır. Erməni deputatın fikrincə burada, söhbət sərhəddə baş verən son münaqişələrdən, onun nəticələrindən, o cümlədən 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sənədlərin müddəalarının icra vəziyyətinin təhlilindən gedir.

“Bunlar erməni tərəfinin gözləntiləridir”, - deyə Xandanyan vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR