İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: “Mən azərbaycanlılara əsir düşə bilərdim”

1173 11.04.2023 15:54 Son xəbər A A

“Mən də azərbaycanlılara əsir düşə bilərdim. Çünki sərhəd yoxdur. Kornidzorda hamısını gözümlə gördüm. Orada mən duran yerdən təsadüfən bir neçə yüz metr aralıda azərbaycanlılar vardı. Kənd camaatı mənə irəli getməməyi tövsiyə etdi, çünki əsir düşmək riski var idi”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin “Hayastan” blokundan olan deputatı Qarnik Danielyan deyib.

Onun sözlərinə görə, azərbaycanlılar artıq Tex kəndində məskunlaşıblar (erməni siyasətçi həyasızlıqla ordu mövqelərimizin yerləşdiyi yeri “Ermənistanın suveren ərazisi” adlandırır - red.). 

“Əsgərlərimiz orada yox idi. Onların harada olması ilə bağlı suala səlahiyyətli orqanlar cavab verməlidir, lakin onlar düz-əməlli heç nə demirlər. Bütün günahkarlar məsuliyyətə cəlb edilməlidir. Mən özüm də parlamentin tribunasından bu məsələləri qaldırmışam, lakin hakimiyyət buna cavab olaraq qeyri-adekvat davranış nümayiş etdirir, təxribat törədir və qarşıdurma təşkil edir”, - deyə erməni deputat bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR