İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: “Azərbaycanın nə edəcəyini müəyyənləşdirmək olmur”

1509 17.11.2023 17:35 Dünya A A

 

Azərbaycan Ermənistanla danışıqlar prosesində konkret addımlar atmaqdan yayınır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir yersiz iddianı noyabrın 17-də Ermənistan parlamentində “Şərəf duyuram” müxalifət blokunun parlament fraksiyasının katibi Tiqran Abramyan yazıb.

Parlamentarinin sözlərinə görə, Bakı indi öz imkanlarını, eləcə də güc balansını yenidən qiymətləndirir.

“Aydındır ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları var (?-red.). Son zamanlar “anklavlar” adlanan yerlər (Azərbaycanın hələ də işğal altında 8 kəndi-red.) haqqında fəal söhbətlər gedir. Söhbət Ermənistanın işğalı altında olduğu iddia edilən 8 kənddən gedir. Ola bilsin ki, bu mərhələdə Bakı vaxt udmağa çalışacaq və lazımi anda konkret sahədə və ya istiqamətdə hərəkətə keçəcək”, - deyə Abramyan bildirib.

Erməni deputatın sözlərinə görə, dövlət sərhədinin müəyyən hissələrində Azərbaycanın ordu birləşmələrinin təhlükəli cəmləşməsi və ya hərəkəti barədə konkret məlumat yoxdur.

“Ancaq bu, Bakıdan gələn hər cür aqressiv və təhlükəli bəyanatları nəzərə alsaq, yeni hərbi əməliyyatların başlanması təhlükəsini istisna etmir”, - deyə müxalifətçi qeyd edib.

Abramyan müəyyən problemlərin həlli zamanı güc ssenarisinin Azərbaycan üçün hər zaman gündəmdə qaldığını xatırladıb.

Onun bildirdiyinə əsasən Azərbaycan bəzi yerlərdə öz qüvvələrinin hərəkətlərini diqqətlə gizlədir.

“Ona görə də Azərbaycanın bu və ya digər fəaliyyətini müşahidə etmək çox vaxt çətindir”, - deyə Abramyan izah edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR