İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni biznesmenin həyat yoldaşı haqqında QƏRAR - HƏBS EDİLƏCƏK

2671 24.04.2023 21:06 Son xəbər A A

London məhkəməsi rusiyalı iş adamı Arkadi Rotenberqin keçmiş arvadı və erməni biznesmen Tiqran Arzakantsyanın indiki həyat yoldaşı Nataliya Rotenberq haqqında vəkillərinə pul ödəməkdən imtina etməsi və məhkəməyə gəlməməsi səbəbindən həbs qərarı çıxarıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Daily Telegraph qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, rusiyalı biznesmenin keçmiş arvadı əvvəllər onun maraqlarını təmsil edən “Candey” hüquq firması ilə münaqişədədir. O, bu şirkətin xidmətləri üçün təxminən 11,5 min funt sterlinq (təxminən 14,3 min dollar) ödəməyib.

Bundan əvvəl hakim Endryu Riçi qadına 21 sutka həbs cəzası verib. Bu həbs qərarını dayandırmaq üçün Rotenberq aprelin 20-də məhkəməyə gəlməli idi.

Ötən ilin iyununda London məhkəməsi rusiyalı iş adamının keçmiş həyat yoldaşının daşınmaz əmlak krediti üzrə borcunu ödəmədiyinə görə onun 8,7 milyon funt sterlinq dəyərində mənzilinin müsadirə edilməsinə qərar verib.

Nataliya Rotenberq 6 ildir ki, keçmiş əriylə Surri qraflığında 27 milyon funt-sterlinq dəyərində malikanəyə sahib olmaq uğrunda mübarizə aparır. Rotenberqin özü də indi Britaniya sanksiyaları altındadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR