İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni arvadı ilə birlikdə "Krokus" terrorunda həlak olan azərbaycanlı kimdir? VİDEO

5515 24.03.2024 20:10 Gündəm A A

“Crocus City Hall” terrorunda öldürülənlər arasında Rusiyada yaşayan azərbaycanlı Vüqar Hüseynov və onun erməni əsilli həyat yoldaşı Lilit İsraelyan da var.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, ilk olaraq ölənlər sırasında V.Hüseynovun adı çıxıb, L.İsraelyan itkin kimi qeydə alınıb.

Lakin bu gün meyitlərin tanınması zamanı L.İsraelyanın da öldürüldüyü məlum olub. Lilitin dostlarının yazdığına görə, ər-arvad çoxdan “Piknik” qrupunun konsertinə getməyi arzulayırmışlar. Konsertə gedən zaman yaşyarımlıq övladlarını nənə-babanın yanında qoyublar.

Crocus City Hall-da terror aktı ilə bağlı ilk məlumatlardan sonra onların hər ikisi telefon zənglərinə cavab verməyib.

Lilit və Vüqar Vnukovo hava limanında işləyirdilər.

Musavat.com

431521771_365133779834260_4344489662299824858_n.jpg (57 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR