Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 5-də ABŞ prezidenti Donald Trampla telefon danışığı aparmaq niyyətindədir.
Musavat.com Anadolu Xəbər Agentliyinə istinadən xəbər verir ki, məlumatı Türkiyə prezidenti özü açıqlayıb: "Bazar ertəsi günü Prezident Trampla telefon danışığım olacaq".
Türkiyə lideri qeyd edib ki, müzakirə etməyi planlaşdırdığı mövzular arasında Ukrayna və Qəzza zolağındakı vəziyyət də var.
Ərdoğan vurğulayıb ki, Qərb ölkələri də daxil olmaqla, Ukrayna böhranında iştirak edən bütün tərəflərlə sıx əlaqədədir.
O bildirib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan gələn həftə Parisdə keçiriləcək "könüllülər koalisiyası"nın iclasında iştirak edəcək.
Musavat.com






