İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Ramazan bayramını BELƏ KEÇİRƏCƏK - FOTO

849 08.04.2024 14:37 Dünya A A

Məlum olduğu kimi, bir neçə gündən sonra - 10 apreldə Ramazan bayramıdır.

Bəs Türkiyənin siyasi liderləri bayramı necə keçirəcək?

Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ramazan bayramında rəsmi proqramı yoxdur. Ərdoğan Ramazan bayramını ailəsi ilə birlikdə Ankaradan kənarda keçirəcək.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bayramda İstanbulda olacaq.

Müxalif CHP sədri Özgür Özel bayramı ailəsi ilə birlikdə məmləkəti Manisada keçirəcək.

MHP sədri Dövlət Baxçalı bayram günlərində Ankarada olacaq.

İYİ Partiyanın sədri Meral Akşener bayramı Ankarada, Yeniden Rifah Partiyasının sədri Fatih Erbakan isə İstanbulda keçirəcək.

Bayram günlərində DEM Partiyasının həmsədrləri Tülay Hatimoğulları Adanada, Tuncer Bakırhan isə Ankarada olacaq.

BBP sədri Mustafa Destici bayramın ilk gününü məmləkəti Eskişehirin Günyüzü rayonunda keçirəcək, ikinci gün isə partiyasının Qurucu sədri Muhsin Yazıcoğlunun məzarını ziyarət edərək, partiya üzvləri ilə birlikdə qərargahda bayramı qeyd edəcək.

Saadet Partiyasının sədri Təməl Karamollaoğlu bayramı Ankarada qarşılayacaq. Karamollaoğlu bayramın üçüncü günü, yəni aprelin 12-də bayramı qeyd etmək üçün qərargahda partiya üzvləri ilə görüşəcək.

DSP sədri Öndər Aksakal bayramı İzmirdə, Demokrat Partiyasının sədri Gültekin Uysal isə məmləkəti Afyonkarahisarda keçirəcək.

Bayram günlərində Vətən Partiyasının sədri Məhərrəm İncə məmləkəti Yalovanın Elmacık kəndində olacaq.

Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun İstanbulda, DEVA Partiyasının sədri Əli Babacanın isə ailəsi ilə birlikdə Ankarada bayramı qarşılayacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR