İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: "İraq və Suriyanın şimalında terrorçulara göz açmağa imkan vermirik”

209 11.10.2023 13:58 Siyasət A A

"İraq və Suriyanın şimalında terrorçulara göz açmağa imkan vermirik”.

“Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlamentdəki fraksiyasının toplantısında bildirib.

O söyləyib ki, Ankara terrorla mübarizəni qətiyyətlə davam etdirəcək: “Bu məsələdə qarşımıza çıxanların da cavabını verəcəyimizə heç kimin şübhəsi olmasın. Türkiyə müttəfiq olduğu hər dövlətin hüquq və haqqına hörmətlə yanaşır. Onlardan da Türkiyəyə münasibətdə bunu gözləyirik. Biz səmimiyyətlə müttəfiqlərimizlə birgə fəaliyyət göstərmək istəyirik. Biz min illərdir bu torpaqlarda qurban verib yaşayırıq. Türkiyə etnik, dini və məzhəb toqquşmaları bölgəsində yerləşir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR