İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Hakan Fidana “Dövlətdə üstün xidmət medalı”nı təqdim edib

548 09.08.2023 19:35 Region A A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milli İstihbarat Təşkilatındakı (MİT) 13 illik xidmətlərinə görə Milli Təhlükəsizlik Şurasının iclasında xarici işlər naziri Hakan Fidana “Dövlətdə üstün xidmət medalı” təqdim edib.

Musavat.com-un “Report”a istinadən xəbərinə görə, Ərdoğan, həmçinin təqaüddə olan komandirlərə də hədiyyələr verib.

Sertifikatı alarkən Fidan deyib: “Mənimlə birlikdə xidmət edərkən Liviyada, Qarabağda, Suriyada, İraqda sizin əmrlərinizi yerinə yetirmək üçün şəhid olmuş dostlarımın adından bu medalı alıram”.

Xatırladaq ki, bu gün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Aparatında toplantısı keçirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR