İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan döyülən hakimə zəng etdi- FOTO

1365 12.12.2023 14:57 Gündəm A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ankaragücü” – “Rizespor” matçından sonra döyülən və xəstəxanaya yerləşdirilən hakim Halil Umut Melerə zəng edib.

“Qafqazinfo” xəbər verir ki, ölkə başçısı referiyə dəstəyini bildirib. 

Ərdoğan Melerə hadisə ilə bağlı araşdırma aparılması üçün nazirlərə tapşırıq verdiyini söyləyib. 

Qeyd edək ki, “Ankaragücü” klubunun prezidenti Faruk Koca “Rizespor”a qarşı keçirdikləri matçdakı idarəçilikdən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Referi aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR