İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan bu tarixdə onlara qarşı HƏRƏKƏTƏ KEÇƏCƏK - ŞOK DETALLAR

2807 15.04.2023 17:50 Siyasət A A

Türkiyədə keçiriləcək seçkilərə təxminən 1 ay qalıb. Seçkilərə hazırlığı türkiyəli politoloq Hüsamettin İnaçla müzakirə etdik.

Politoloq Musavat.com-a açıqlamasında bildirdi ki, seçkilərə hazırlıq işləri əsaslı şəkildə başa çatıb.

efac9d007b35e011dcc602bce65d23a2.jpg (57 KB)

Hüsamettin İnaç əlavə etdi ki, Yüksək Seçki Şurası namizədlər dəqiqləşdikdən sonra prezident seçkiləri üçün lazımi işləri başladıb. 19 aprelə qədər namizədlərin bir qisminin geri çəkilmə və ya namizədlərdə dəyişiklik etmək imkanı olacaq:

“Dolayısı ilə 19 apreldən sonra digər namizədlər də bəlli olacaq. Zəlzələ bölgələrində işlək vəziyyətdə olan məktəblərdə, xəstəxanalarda, çadırlarda, konteyner şəhərlərdə də səsvermə keçiriləcək. Seçkilərə hazırlıq prosesi çox yaxşı gedir. Böyük zəlzələlərə rəğmən, asayiş, yaxud təşkilatçılıqla bağlı problem yoxdur. Türkiyə seçkilərin ən şəffaf keçirildiyi ölkələr sırasında ön yerlərdədir”.

9dcabf29-b782-3d85-b91e-dbc81001d33d_850.jpg (93 KB)

“Rəcəb Tayyib Ərdoğanın prezident seçilmə şansı nə qədərdir?” sualına politoloq belə cavab verdi:

“Ərdoğanın prezident seçilmə şansı olduqca yüksəkdir. Çünki Ərdoğan öz fəaliyyətini, reallaşacağını bildirdiyi layihələri uğurla davam etdirir. Bir neçə gün öncə Türkiyənin ən böyük hərbi gəmisi, dünyanın ilk hərbi PUA gəmisi “TCG Anadolu” xidmətə başladı. Bundan başqa, aprelin 20-də Türkiyə Qara dənizdən təbii qaz çıxaracaq.

926a7ea3-87c7-3e7f-8ac5-b3b999146539_850.jpg (92 KB)

Rəcəb Tayyib Ərdoğan Qarabağla bağlı çox ciddi fəaliyyət göstərir. Zəngəzur dəhlizinin açılması üçün cənab İlham Əliyevlə bərabər ciddi şəkildə çalışır. Liviya heyəti ilə görüşlər də davam edir. Ərdoğan orada tez bir zamanda seçkilərin keçirilməsi üçün ciddi səy göstərir. Türkiyədə yol, körpü, xəstəxana, texnoloji mərkəzlərin açılışı keçirilir. Türkiyənin ilk elektrik avtomobili olan “Togg”un kütləvi istehsalına başlanılıb. Ərdoğan möhtəşəm icraçılıq örnəyi göstərərək seçkilərlə bağlı mübahisələrə girmir”.

f5d7d37e-8c1a-3ba5-9a3c-9ea0f8c37d2f_850.jpg (104 KB)

Hüsamettin İnaç vurğuladı ki, PKK-nın təmsilçisi olan HDP-nin Yaşıl Sol Partiyası adı altında seçkilərə qatılması və bu seçkilərdə “Altılı masa”nın namizədi olan Kamal Kılıçdaroğluna dəstək verəcəyini bildirməsi artıq PKK-nın da seçkilərin bir parçası olduğunu göstərir:

“Dolayısı ilə PKK/YPG, İŞİD və digər terror təşkilatları “Altılı masa” ilə birlikdə hərəkət edirlər. “Altılı masa”da çox ciddi problemlər ortaya çıxıb. “Altılı masa”nın bir ünsürü olan DEVA partiyası, Gələcək Partiyası FETÖ-çü namizədləri öz siyahılarına daxil edib. Onların içərisində sabiq ədliyyə naziri Sadullah Ergin hazırda Cümhuriyyət Xalq Partiyasının Çankaya ilçəsinin namizədidir. Cümhuriyyət Xalq Partiyası bir çox PKK-lı terrorçunun millət vəkilliyinə namizədliyini irəli sürüb. İYİ Partiyanın sədri Meral Akşener 3 martda bildirmişdi ki, CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməyə məcbur edilmişik. “Biz bununla razılaşmırıq”, - o qeyd etmişdi. Akşener bu səbəblə “Altılı masa”dan ayrılmışdı.

meral.PNG (1.09 MB)

Lakin çox böyük təhqirlər, sosial medianın və xüsusilə Amerikanın təzyiqi ilə yenidən masaya qayıtmışdı. Bu dönüş ona veriləcək səslərin çox ciddi şəkildə aşağı düşməsinə yol açdı. Eyni zamanda CHP ilə İYİ Partiya arasında işbirliyinin olduğu ortaya çıxdı. İYİ Partiyanın getdikcə əriməkdə olan səsvermə dərəcələri demək olar ki, yüz faizə qədər aşağı düşüb. Dolayısı ilə xüsusilə namizədlik məsələsində çox ciddi müzakirələr getdi. Kamal Kılıçdaroğlu prezidentliyə namizəd olmaq üçün “Altılı masa”nın ortaqları olan partiyalara çox böyük kvotalar verdi. PKK-çılar və FETÖ-çülər bu kvotalardan istifadə edib namizədlik verdilər. Bu da CHP içərisində Atatürkçü, milliyyətçi kökənə sahib insanlar arasında böyük bir döyüşə səbəb oldu. Bu durum öz namizəd siyahısını müəyyən edə bilməyən, daxili ziddiyyət dolu, öz maraqlarından kənar başqa bir şey etməyən, Türkiyənin bölünməsinə yol aça biləcək təhlükəli insanları namizəd göstərən bir ittifaqın bu ölkəni idarə edə bilməyəcəyi qənaətini formalaşdırıb”.  

Politoloq bildirib ki, Rəcəb Tayyib Ərdoğan isə özündən əmin şəkildə, layihələrini bir-bir reallaşdıran, xalqın hisslərini anlayan bir lider olaraq öz yoluna inamlı addımlarla davam edir:

“Bu da xalqın liderinə inamının göstəricisidir. Dövlətini, millətini, Cümhuriyyət dəyərlərini qorumaq istəyən insanlar Ərdoğanın yanında yer alıb.

170abb48-c880-3416-b183-83ada1f60367_850.jpg (69 KB)

Prezidentimizi diktator kimi göstərməyə çalışan, ölkənin varlığı, bütövlüyü məsələsində fərqli düşünən, Türkiyənin bayrağı, dili ilə, bütövlüyü ilə problemi olan insanlar isə Kamal Kılıçdaroğluyla birlikdə hərəkət etməyə çalışırlar. Sanki Türkiyədə idarəçilik dəyişdiyi zaman bütün məsələlər öz həllini tapacaq kimi bir durum yaratmağa çalışırlar. Lakin xalqımız terror təşkilatlarının ölkəyə verə biləcəyi zərərin fərqindədir. Zaman Ərdoğana işləyir. Rəcəb Tayyib Ərdoğan bayramdan sonra mitinqlərə önəm verəcək. Türk xalqının gündəlik həyatını asanlaşdıracaq, iqtisadiyyatını yaxşılaşdıracaq, yaşlıları, təqaüdçüləri, əlil insanları, xəstələri əhatə edəcək layihələr bir-bir gündəmə gətirilir. Bunlar Ərdoğanı daha da gücləndirir”.

Aytən Novruz
Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR