İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ərazilər minalardan təmizləndikcə qayıdış layihələri həyata keçiriləcək"- AÇIQLAMA

510 01.04.2022 17:33 Region A A

 

"Qarabağ Dirçəliş Fondu ölkə Prezidenti İlham Əliyevin 2021-ci il 4 yanvar sərəncamı ilə yaradılıb. Bu fondun yaradılmasında əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yenidən qurulması, bərpasıdır. Əraziləri minadan təmizləmədən bu işləri həyata keçirmək mümkün deyil. İlk növbədə insanların təhlükəsizliyi təmin olunmalıdır".

Musavat.com bildirir ki, bu sözləri Qarabağ Dirçəliş Fondunun PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova Bakıda keçirilən "Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri" mövzusunda beynəlxalq konfransda deyib. Pərvin Məmmədova qeyd edib ki, insanların mina qurbanına çevrilməməsi üçün risk təlimlərinin keçirilməsi mütləqdir: 

"Əlbəttə ki, ərazilərin minalardan təmizlənməsi heç də asan proses deyil. Ərazilərimiz işğaldan azad olunduqdan sonra orada gözləmədiyimiz bir mənzərə ilə qarşılaşdıq. Ötən gün də konfrans iştirakçıları Ağdamda oldular və real mənzərəni öz gözləri ilə gördülər.

İnsanların mina qurbanına çevrilməməsi üçün təlimlərin keçirilməsi mütləqdir. Bu sahədə ictimaiyyətin, medianın da dəstəyi çox vacibdir. Ərazilər minalardan təmizləndikcə ora yüksək səviyyədə qayıdış layihələri həyata keçiriləcək".

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR