İnsanlara hürriyət, millətlərə istiqlal!

Epilepsiyası olan uşaq üçün təcili yardım maşını göndərilmədi - "Şəxsi maşınla gətirin..."- İDDİA VİDEO

391 28.02.2023 19:37 Gündəm A A

Mingəçevirdə qızdırması olan azyaşlı üçün təcili tibbi yardım maşını çağırılsa da ona yardım üçün heç kim gəlməyib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Belə ki, epilepsiyası olan 2008-ci il təvəllüdlü Sadıqov Əbəlfəz Rahib oğlu üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından heç bir maşın hərəkət etməyib. Bu iddianı azyaşlının valideyni Sadıqova Ətrabə Adil qızı səsləndirib. Ona xəstəxanadan bildirilib ki, təcili tibbi yardım maşınları xarab olduğu üçün övladını şəxsi avtomobillə tibb ocağına gətirsin.

Qızdırması olan övladını taksi ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirən ana tibb ocağında təcili tibbi yardım maşınlarının sıra ilə dayanmasının şahidi olub. Qadın belə bir iddia irəli sürür ki, təcili tibbi yardım maşınları saz vəziyyətdə olsalar da onlar yardım üçün çağırış gələn ünvana göndərilməyiblər.

Məsələ ilə bağlı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına müraciət etdik. Xəstəxanadan bildirildi ki, iddia araşdırıldıqdan sonra açıqlama veriləcək.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR