İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Əmrullayev: “Bakı ilə London arasında əməkdaşlıq təkcə energetika sahəsi ilə məhdudlaşmır”

371 11.03.2022 22:02 Təhsil A A

“Bakı ilə London arasında əməkdaşlıq təkcə energetika sahəsi ilə məhdudlaşmır”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Bakıda Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirdə deyib.

Nazirin sözlərinə görə, bu 30 il ərzində Azərbaycan çətinliklərlə üzləşib - ərazisinin 20 faizə yaxını işğal olunub, çoxlu sayda insan məcburi köçkünə çevrilib.

“Lakin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sayəsində ölkə işğal olunan torpaqları geri qaytarmaqla bu çətinliklərin öhdəsindən gəldi”, - o bildirib.

E.Əmrullayev qeyd edib ki, Britaniya şirkətləri bu gün işğaldan azad edilmiş ərazilərin bərpasında və minalardan təmizləmə işlərində də iştirak edirlər.

O, həmçinin təhsil sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.

E.Əmrullayevin sözlərinə görə, bu gün çoxlu sayda azərbaycanlı tələbə Böyük Britaniyada təhsil alır, o cümlədən Azərbaycanda xeyli insan ingilis dilini öyrənir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR