İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyevlə Paşinyanın kritik görüşünə saatlar: Araik Xankəndindən çıxarılacaqmı? CANLI

969 06.04.2022 15:27 Gündəm A A

Bu gün gözlər Belçika paytaxtı Brüsseldə olacaq. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Rusiya Qarabağda baş verən son hadisələrin Qərb masasında müzakirə edilməsində maraqlı deyil. Rusiya xüsusilə Ukraynadakı müharibədən sonra Qərb platformasında təşkil edilən belə görüşləri Cənubi Qafqazda əsas vasitəçi roluna təhlükə hesab edir.

Bəs Avropa İttifaqının gözlənilməz görüş təklifində hədəfləri nədir? Moskva öz narahatlığında nə qədər haqlıdır? Görüşdə Qarabağdakı separatçıların çıxarılması ilə bağlı müzakirə ola bilərmi? Bu görüşdən sonra Rusiya Araikin və dəstəsinin çıxarılması üçün hansısa addım atacaqmı?

TVMusavat-ın saat 15:30-da canlı efirində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə Brüssel görüşünü və Ukrayna müharibəsini danışır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR