İnsanlara hürriyət, millətlərə istiqlal!

Elə Yair, Yair deyirlər - Ehtiyat hərbçilər Netanyahunun oğlunun ABŞ-da olmasına deyinirlər

1030 25.10.2023 13:05 Son xəbər A A

HƏMAS-a qarşı döyüşə könüllü qoşulan İsrail əsgərləri İsrailin baş naziri Benyamin Netanyahunun oğlunun ABŞ-da qalaraq ölkəsini “tərk etmək”də qınayıblar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, İngiltərənin ən çox oxunan qəzetlərindən biri olan “The Times” manşet yazısında yazıb ki, “İsraliin ehtiyatda olan əsgərləri Netanyahunun oğlunun niyə Mayamidə olduğunu soruşurlar”.

Ölkə tarixində elan edilmiş ən böyük səfərbərlikdə 300.000-dən çox ehtiyatda olan əsgər hərbi xidmətə çağırdıqdan sonra yüzlərlə israilli də xarici ölkələlərdən vətənə qayıdıb.

Netanyahunun böyük oğlu Yair bu ilin əvvəlində Floridaya köçüb və hələ də orada yaşayır. Hazırda onun 32 yaşı var və 40 yaşına qədər ehtiyatda olan hərbçi statusu daşıyacaq.

Təhlükəsizlik səbəbiylə adının açıqlanmasını istəməyən bir əsgər deyib: "Mən cəbhədə olduğum müddətdə Yair Mayami biçdə həyatdan zövq alır".

Adını açıqlamayan əsgər deyib: “Ailəmizi, ölkəmizi qorumaq üçün işimizi, ailəmizi, uşaqlarımızı tərk edən bizik, bu vəziyyətə görə məsuliyyət daşıyanlar deyil. Qardaşlarımız, atalarımız, oğullarımız hamısı cəbhəyə gedir, amma Yair hələ də burada deyil”.

Yair heç vaxt döyüşçü olmasa da, məcburi hərbi xidmətini başa vurub və İsrail ordusunda mətbuat xidməti bölməsində çalışıb.

O, sosial media fəaliyyəti ilə bağlı mübahisələrdən sonra ABŞ-a köçüb.

Başqa bir könüllü isə özünün Amerikadan qayıtdığını deyərək bildirib: “Orada işim, həyatım və ailəm var. Bu, israillilər olaraq ən yaxın tariximizin ən birləşdirici anıdır və baş nazirin oğlu da daxil olmaqla, hər birimiz hazırda burada olmalıyıq".

Netanyahu sentyabrdakı son paylaşımında ABŞ-ın Nyu-York şəhərində poza verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR