İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçin Cəfərov məşhur türkiyəli aktrisanı klipinə çəkdi – Video, fotolar

1099 03.02.2023 15:32 Şou-biznes A A

Səhnə və rəqəmsal platformlardan bir müddət uzaq qalan Azərbaycanın məşhur estrada müğənnisi Elçin Cəfərov Gənclər Günündə yeni lahiyəsini təqdim edib.

Musavat.com xəbər verir ki, klip üzərində Ajda Pekkan, Bengü, Yalın, Hadisə, Mustafa Ceceli kimi populyar simalarla əməkdaşlıq edən, həmçinin “G.O.R.A”, “Şans kapıyı çalınca”, “Aşk tesadüfleri sever”, “Deliha”, “Kardeşim benim” filmlərinin quruluşçu rejissoru Veli Kuzlu və onun əməkdaşlıq etdiyi “The Post Brother” komandası işləyib.

Ekran işində “Kanatsız kuşlar”, “Kiralık aşk”, “Medcezir”, “Hercai” kimi seriallarda rol alan aktrisa Özlem Gezgin yer alıb. Ssenari bir zamanlar sevgili olan cütlüyün illər sonra qarşılaşması və yenidən eşq yaşamasından bəhs edir.

Elçin və Özlem Gezginin obrazı üzərində stilist Şule Zeytinci işləyib. “Qara uzun saçlar”ın layihə meneceri “Sartorial artist management” şirkətinin rəhbəri Vüqar Husiyevdir.

Kemal Yıldızın rejissorluq etdiyi “Qara uzun saçlar” klipi muğənninin musiqi və rəqəmsal platformlarında dinləyicilərin ixtiyarına verilib. 

Mahnının sözləri və musiqisi Elşən Mövsümova, aranjimanı Elvin İmanova aiddir.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR