İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekstrasensin qorxunc YUXUSU: bu oyunda futbolçuları yadplanetlilər aparacaq

1281 26.06.2026 18:34 Dünya A A

Şotlandiya və Braziliya milli komandaları arasında keçiriləcək dünya çempionatı oyunu ərəfəsində diqqət mərkəzinə qarşılaşmanın özü deyil, braziliyalı ekstrasens Vo Bayananın sensasiyalı iddiası düşüb.

Ekstrasens yuxusunda iki dəfə qarşılaşma zamanı yadplanetlilərin stadiona hücum etdiyini gördüyünü deyib. Onun sözlərinə görə, hadisə Mayamidə yerləşən “Hard Rock Stadium” stadionunda baş verəcək.

Vo Bayana iddia edib ki, stadionun üzərində nəhəng kosmik gəmi peyda olacaq və oradan çıxan yadplanetlilər futbolçuları və azarkeşləri qaçıracaqlar.

"Yenə eyni yuxunu gördüm. Mayamidə futbol meydanına yadplanetlilər hücum edirdi. İlk kosmik gəminin oyunçuları apardığını aydın şəkildə gördüm. Sonra daha böyük ikinci gəmi gəldi və minlərlə insan onun göyərtəsinə aparıldı. Hər yerdə qışqırıq, göz yaşı və vahimə var idi", - deyə o bildirib.

Ekstrasens bunun artıq ikinci dəfə eyni məzmunlu yuxu olduğunu vurğulayaraq ciddi narahatlıq keçirdiyini söyləyib. O, həmçinin ikinci gəmidə müxtəlif sui-qəsd nəzəriyyələrində və UFO iddialarında tez-tez adı çəkilən "reptiloidlər"in olacağını iddia edib.

Lakin Vo Bayana bu iddialarını təsdiqləyən heç bir sübut təqdim etməyib. Hazırda yadplanetlilərin mövcudluğunu təsdiqləyən elmi dəlillər də yoxdur. 

Şotlandiya ilə Braziliya arasında keçiriləcək qarşılaşmanın planlaşdırıldığı kimi, dolu tribunalar önündə baş tutacağı bildirilib. Oyunun təşkilatçıları sosial şəbəkələrdə yayılan bu proqnozla bağlı hələlik rəsmi açıqlama verməyiblər. (lent.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR