İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspertlərdən sülh sazişi ilə bağlı XƏBƏRDARLIQ 

1096 13.12.2023 17:53 Son xəbər A A

Ermənistanın baş naziri Nikol Paşinyan artıq açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü tam tanıdığını bəyan edib. Amma eyni zamanda o, Qarabağla bağlı müddəanın Ermənistan Konstitusiyasından silinməsi üçün heç nə etmir.

Fakt budur ki, Ermənistanın hazırkı Konstitusiyasının preambulasında Əsas qanunun Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunmuş prinsip və məqsədlərdən irəli gəldiyi qeyd olunur. Müstəqillik Bəyannaməsinin preambulasında isə “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” birgə qərardan bəh olunur ”. Yəni rəsmi olaraq Konstitusiya səviyyəsində Ermənistan hələ də Qarabağı öz hissəsi hesab edir. Ona görə də Ermənistan Konstitusiyası redaktə olunmayana və İstiqlal Bəyannaməsinə istinad ondan çıxarılmayana qədər bu dövlətin Azərbaycana qarşı ərazi iddialarının olmaması barədə danışmaq tamamilə doğru deyil.

Musavat.com xəbər verir ki, bununla bağlı xarici ekspertlər “Caliber.Az” saytında fikirlərini bölüşüblər.

Rusiyanın “Demokratik seçim” partiyasının həmsədri, Liberal Missiya Fondunun (Moskva) İdarə Heyətinin üzvü Sergey Javoronkova görə, Paşinyan artıq 2018-ci ildə olduğu kimi populyarlığının zirvəsində deyil.

“Əgər referendum keçirilsə, gözlənilməz vəziyyət yarana bilər. Bu isə nəinki Paşinyana, Azərbaycana da sərfəli deyil”, - Javoronkov bildirib.

Tarix elmləri namizədi, ukraynalı analitik Oleq Kupçik Azərbaycanın bu problemlə bağlı narahatlığını başa düşdüyünü söyləyib.

“Bu narahatlıq hər kəs üçün başa düşüləndir. Çünki məsələ siyasi və hüquqi müstəvidə yerləşir. Erməni konstitusiya hüquqşünasları ilk növbədə problemin həlli ilə məşğul olmalıdırlar. Aydındır ki, hələ sovet dövründə Ermənistan SSR Ali Soveti tərəfindən qəbul edilmiş “Ermənistanın Müstəqillik Bəyannaməsi”nə (23 avqust 1990-cı il) dəyişiklik etmək mümkün deyil. Bu hüquqi problemin həlli, məncə, Ermənistan Konstitusiyasının preambulasına edilən və haqlı olaraq Azərbaycana məxsus olan Qarabağ bölgəsinə ərazi iddialarının olmadığını göstərən dəyişikliklərlə ola bilər (və olmalıdır da). Bunun üçün Ermənistan hökuməti referendum keçirməli və Konstitusiyanın preambulasını redaktə etməli olacaq. “Ermənistanın Müstəqillik Bəyannaməsi”nə istinadın oradan tamamilə silinəcəyini düşünmürəm, çünki Ermənistan Respublikasının Konstitusiyasını qəbul edərkən yerli parlament məhz bunu rəhbər tutub”, - deyə ukraynalı ekspert qeyd edib.

Kupçikin fikrincə, bu məsələ Rusiya üçün də əlavə imkanlar açır.

“Ermənistan Konstitusiyasının preambulasına yuxarıda göstərilən dəyişikliklərin edilməsinə dair referendum və mahiyyət etibarı ilə ermənilərin Qarabağ regionuna iddialarından əl çəkməsinin hüquqi təsbiti Kreml tərəfindən yeni təxribatların təşkili üçün əlverişli şərt kimi istifadə olunacaq. Beləliklə, Paşinyan indi referenduma tələsməlidirmi? Əmin deyiləm”, - deyə o qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR