İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspert virusun yeni ştamının nə dərəcədə təhlükəli olub-olmadığını açıqladı

633 18.03.2022 08:10 Gündəm A A

COVİD-in yeni variantları bizim ölkəyə gələ bilər, amma...

İsraildə koronavirusun yeni ştamı aşkarlanıb. “Stels-omicron” adlı bu ştam ölkəyə gələn 2 sərnişində tapılıb. Bildirilir ki, yeni virusun ilkin əlamətləri qızdırma və baş ağrısıdır. Yeni ştamın əmələ gəlməsi narahatlıq yaradıb. Çünki dünya əhalisi virusdan artıq qurtulduqlarını zənn edirdi ki, yenisi əmələ gəldi. Ekspertlərin fikrincə, bu ştam əvvəlkilərdən daha sürətlə yayıla bilər. Yeri gəlmişkən, dünyada koronavirusa yoluxanların sayı 460 milyonu, ölənlərin sayı isə 6,05 milyonu ötüb. Martın 16-da Ümumdünya Səhiyyə Təşkilatı dünya üzrə 460 280 168 yoluxma və 6 050 018 nəfərin ölməsi barədə məlumat alıb. Gün ərzində yoluxanların sayı 1 679 216, ölənlərin sayı 1 751 nəfər artıb. Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya və Fransa ilk dördlüyü bölüşür. ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 78 865 157 nəfərə çatıb, 958 609 nəfər infeksiya səbəbindən vəfat edib. İkinci yerdə qərarlaşan Hindistanda 42 998 938 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 516 072 nəfər ölüb. Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 29 380 063 nəfər virusa yoluxub, onlardan 655 249 nəfəri ölüb.

Bəs görəsən, yeni virus variantı nə dərəcədə təhlükəlidir? Dünyanın karantin rejimlərini yumşaltdığı dönəmdə yenidən geriyə dönəcəyikmi?

Mərdan Əliyev həm peşəkar, qayğıkeş və səmimi insan » Qanun və Hədəf

Mərdan Əliyev 

Mövzu ilə bağlı infeksionist-hepotoloq Mərdan Əliyev “Yeni Müsavat”a bunları deyib: “Bu ştam və bəzi digərləri ”Omikron"un alt variantlarıdır. Eyni virus ( koronavirus) olduğu üçün kollektiv immunitetin təsiri eyni qalır. Hazırda yoluxma sayında azalma kollektiv immunitetin formalaşması ilə əlaqədar təbii şəkildə (karantin gücünə yox) baş verdiyi üçün yoluxmada artım gözlənilən deyil. Yeni alt ştamların əmələ gəlməsi isə tam təbii hadisədir. Çünki mutasiyaların baş verməsi “Omikron” variantı üçün normaldır. Bu alt variantlar bizim ölkəyə gələ bilər, amma kollektiv immunitet formalaşdığı üçün yoluxma sayında artıma səbəb olmayacaq. Yoluxma sayında artım Çində baş verə bilər, orada zaman-zaman alovlanmalar olacaq, çünki kollektiv immunitet formalaşmayıb".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR