İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekofəallar Berlin ətrafında yarımstansiyanı yandırıblar

303 05.03.2024 14:21 Dünya A A

Ekoloji fəallar Berlin yaxınlığındakı yarımstansiyanı yandıraraq, Almaniyanın paytaxtının kiçik Erkner şəhərciyinin (Brandenburq federal əyaləti) bəzi ərazilərini işıqsız qoyub və “Tesla” zavodunun işini iflic ediblər.

Musavat.com xəbər verur ki, bu barədə məlumaat yayan “Bild” qəzeti yazıb ki, ekofəallar müəssisələrin genişləndirilməsinə etiraz edirlər.

Nəşrin məlumatına görə, insident bu səhər baş verib, zavodun yanındakı Steynfurt yarımstansiyasında güclü partlayış eşidilib və yanğın başlayıb. 12,5 min nəfərə yaxın işçinin çalışdığı müəssisə işıqsız qalıb, işlər dayanıb. Təxminən 12.000 sakinin yaşadığı Erkner şəhəri, eləcə də Berlinin bəzi hissələri işıqsız qalıb.

Fövqəladə hadisə yerinə yanğınsöndürənlər, polis və elektrik tədarükçülərinin əməkdaşları gedib. Yarımstansiyanın yaxınlığında ətraf mühit fəallarının üzərində “Burada hərbi silahlar basdırılıb” yazısı olan çadır tapdılar. Nəticədə hadisə yerinə istehkamçılar çağrılıb. Onlar işlərini bitirdikdən sonra mütəxəssislər stansiyanın söndürülməsinə və təmirinə başlaya biləcəklər. “Bild” yazır ki, ziyan milyonlarla avro dəyərində qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR