İnsanlara hürriyət, millətlərə istiqlal!

Ehtiyatsızlıqdan özünü öldürən polisin FOTOSU

1550 02.06.2022 08:26 Gündəm A A

Ötən gün Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov silahla ehtiyatsız davrandığına görə açılan atəş nəticəsində özünü öldürüb.

Musavat.com xəbər verir ki, “qafqazinfo” hadisə nəticəsində dünyasını dəyişən polis serjantının fotosunu əldə edib.

Məlumata görə, Binəqədi rayonu ərazisində yaşayan İ.Çıraqov subay olub.

Qeyd edək ki, sözügedən hadisə Saray qəsəbəsi ərazisində baş verib. Hadisə Çıraqovun təlimə getdiyi vaxt 99 SM 907 dövlət nömrə nişanlı, “NİVA” markalı maşının içində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, güllə onun baş nahiyəsindən dəyib. DİN-in hospitalına çatdırılan polisin həyatını xilas etmək mümkün olmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR