İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhməd İsmayılov Suriyanın informasiya naziri ilə görüşdü- Foto

873 11.12.2025 11:10 Media A A

Əbu-Dabidə keçirilən “Bridge” media və məzmun sənayesi sammiti çərçivəsində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ilə Suriyanın informasiya naziri Həmzə Əl-Mustafa arasında ikitərəfli görüş keçirilib.

Musavat.com xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Suriya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri, informasiya axınının genişləndirilməsi və bu sahədə qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda dezinformasiya ilə mübarizə, etibarlı informasiya mühitinin formalaşdırılması, dialoqun genişləndirilməsi və institusional əlaqələrin inkişaf etdirilməsi məsələləri də diqqət mərkəzində olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR