İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

1133 21.02.2023 18:43 Gündəm A A

“Putin Ukraynaya hücuma bəraət qazandırmağa çalışır. Faktiki işğal olsa da, müasir dövrdə bu termini çox da işlətmirlər. ABŞ, Fransa belə edir, Rusiya da belə etdi. Hər zamankı kimi çıxışında təhdid tonu da var idi. Ümumi mövzularla bağlı fikirlər səsləndirdi”.

Bu fikirləri AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Musavat.com-a Rusiya prezidenti Vladimir Putinin çıxışını şərh edərkən bildirib.

O qeyd edib ki, nüvə silahı ilə təhdidə adekvat cavab verilə bilər: “Putin silahın Ukrayna ərazisində istifadə olunmasından danışır. Belə hesab olunur ki, Ukraynaya görə heç kim cavab verməz, Qərb Ukraynaya görə Rusiyaya ilə birbaşa müharibə etməz. İndiki mərhələdə nüvə silahından istifadəni real hesab etmirəm. Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar. Bunu zaman göstərəcək. Bu, yaxud gələn il nüvə silahını taktiki səviyyədə istifadə etməyə ehtiyac qalmayacaq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR