İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfsanəvi futbolçu “Frayburq” – “Qarabağ” oyununda

1341 31.08.2022 13:34 İdman A A

Avropa Liqasının qrup mərhələsinin “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan) matçını Almaniya telekanalı üçün ekspert qismində məşhur simalar şərh edəcəklər.

Qol.az-ın xəbərinə görə, Almaniya futbolunun əfsanələri Lottar Matteus və Karl-Haynts Ridle RTL və Nitro telekanallarında Avropa Liqasının və Konfrans Liqasının qrup mərhələlərində ölkələrinin klublarının matçlarını şərh edəcəklər. Yerli mətbuatın yazdığına görə, artıq bununla əlaqədar hər iki ekspertlə yeni müqavilə imzalanıb.

1990-cı ildə Almaniya millisi ilə dünya çempionu olan Matteus bununla əlaqədar bildirib ki, Avropa Liqası və Konfrans Liqasında yaxşı klubların mübarizə apardığı yarışlardır: "Mən böyük səbirsizliklə qarşıdakı görüşləri gözləyirəm”.

Karl-Haynts Ridle isə bildirib: “Ümid edirəm ki, bizim klublarımız Avropada “Ayntraxt”ın ötən mövsümkü uğurlu çıxışını təkrarlayacaqlar. “Frayburq”, “Union Berlin” və “Köln” çox çətin qrupa düşüblər. Amma onların qrup mərhələsini adlamaq şansı var. Mən artıq səbirsizliklə Lotarla birgə avrokuboklardakı oyunları gözləyirəm”.

Xatırladaq ki, Avroliqanın ilk turunun “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan) matçı sentyabrın 8-də keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR