İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfsanəni qaçıran şəxs saxlanıldı

1563 22.05.2023 18:21 Son xəbər A A

Tovuz rayon sakini, 13 yaşlı Ə. Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə qaçmasına görə araşdırmalar davam etdirilir.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Ə. Tağıyevanın qaçdığı şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib.

Hazırda müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Faktla bağlı əlavə məlumat veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR