İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ

1443 04.05.2024 20:31 Son xəbər A A

Əfqanıstanı Hindistanda təmsil edən qadın diplomat, 2021-ci ildə Talibanın hakimiyyəti ələ keçirməsindən əvvəl bu vəzifəyə təyin edilmiş və ölkənin xarici xidmətində yeganə qadın olduğunu bildirən Zəkiya Vardak istefa verib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, istefa xanım diplomatın bu addımı qızıl qaçaqmalçılığı ittihamı ilə saxlanılması xəbərindən sonraya təsadüf edib.

Hindistan mediası Əfqanıstanın Mumbaydakı baş konsulu vəzifəsində çalışmış Zəkiya Vardakın ötən həftə Dubaydan hər biri 1 kiloqram ağırlığında 25 qızıl külçəni qaçaqmalçılıq yolu ilə gətirdiyinə görə şəhərin hava limanında qısa müddətə saxlanması barədə məlumat yayıb. Bu gün isə o, “X” mikrobloqunda istefa verdiyini açıqlayıb.

Hindistan mediasının məlumatına görə, o, diplomatik toxunulmazlığına görə həbs edilməyib.

Vardak istefa verdiyinə dair statusunda həbsindən və ya qızıl qaçaqmalçılığı ittihamlarından bəhs etməyib:

“Əfqan diplomatik aparatında yeganə qadın olaraq mövqeyimi qoruyub saxlamaq üçün konstruktiv dəstək əvəzinə, məhv etməyimə yönəlmiş mütəşəkkil hücum dalğaları ilə üzləşdiyimə görə çox təəssüflənirəm. Son bir il ərzində təkcə mənə deyil, həm də yaxın və uzaq qohumlarıma yönəlmiş çoxsaylı şəxsi hücumlar və böhtanlarla üzləşmişəm”.

Zəkiya Vardak əlavə edib ki, hücumlar onun vəzifəsində “effektiv çıxış etmək” qabiliyyətinə ciddi təsir edib və “qadınların Əfqanıstan cəmiyyətində üzləşdiyi çətinlikləri nümayiş etdirib”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR