Musavat.com xəbər verir ki, Əfqanıstanda Taliban hökuməti çərşənbə axşamı bir ailənin — aralarında bir neçə uşağın da olduğu 13 üzvünü qətlə yetirməkdə təqsirli bilinən şəxsin ictimai edamını həyata keçirib.
Hadisə stadionda, təxminən 80 min nəfərin gözü önündə baş tutub.
Məlumata görə, edam hökmü ailənin 13 yaşlı sağ qalan övladının qisas tələbi əsasında icra olunub. Taliban hakimiyyətinin bildirdiyinə görə, hökm “şəriət qanunlarına uyğun” olaraq yerinə yetirilib.
Musavat.com






