İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqan alimdən SENSASİYA: Dünya güclərinin savaşı başlayıb...

3876 15.02.2023 11:35 Gündəm A A

Əfqanıstanlı riyaziyyatçı Sediq Əfqan təbii fəlakətləri hələ 2015-ci ildə proqnozlaşdırdığını və üç ay əvvəl Türkiyənin şərq hissəsinin zərbə alacağını dəqiqləşdirdiyini söyləyib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu  sözləri Sediq Əfqan rusiyalı jurnalist Andrey Malaxova müsahibəsindədeyib.

"Onlar məndən qorxurlar, çünki xüsusi düsturun köməyi ilə onların bütün sirlərini aça bilərəm. Bizim dünyamızda insanlığa qarşı işləyən xüsusi bir komitə var. Onların bütün dünyaya rəhbərlik etdikləri xəbəri dəhşətli ola bilər, lakin hər kəsi təhlükə qarşısında cəsarətli olma çağırıram", - alim qeyd edib.

O, hesablamalarının özünü doğrultduğunu da bildirib:

"Yerə 14.000 km dərinlikdə bomba atıldı və partladı. Mən heç vaxt sübut olmadan açıqlama vermirəm, həmişə riyazi hesablamalarıma güvənirəm. Çoxsaylı türk telekanalları ilk sarsıntılardan bir neçə dəqiqə əvvəl səmada görünən qəribə “uçan obyektlər”lə bağlı süjetlər yayımlayırdı", - deyə riyaziyyatçı qeyd edib.

Sediq əmin edir ki, başqa sivilizasiyaların nümayəndələri ilə, məsələn, yadplanetlilərlə görüşmək mümkündür, lakin onların "humanoid" olacağını gözləməyə dəyməz: "Bütün kainatda biz yeganə hissiyyatlı varlıqlarıq".

Riyaziyyatçı bütün il üçün proqnozunu gizlətməyib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR