İnsanlara hürriyət, millətlərə istiqlal!

DYP Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarına MÜRACİƏT etdi

2793 05.09.2023 20:05 Son xəbər A A

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (DYP) Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarına müraciət edib.

DYP-dən Musavat.com-a verilən məlumatda bildirilir ki, qonşu ölkəyə səfər edən Azərbaycan vətəndaşları Gürcüstan Daxili İşlər Nazirliyi Patrul Polis Departamentinin barələrində tətbiq etdiyi inzibati cərimələri elektron xidmətlər vasitəsilə ödəyə biləcəklər.

"Bu məqsədlə Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi internet saytı olan https://videos.police.ge/, eləcə də real vaxt rejimində (onlayn)​ ödəmə imkanı verən https://police.ge/protocol/index.php vebsəhifələrində identikləşdirmə üçün müvafiq rekvizitlər daxil etməklə şəxs barəsində yol hərəkəti qayda pozuntuları ilə bağlı tətbiq edilmiş inzibati tənbeh tədbirləri haqqında məlumatlar əldə edə və inzibati cərimələr üzrə ödəmələr aparıla bilər", - məlumatda qeyd olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR