İnsanlara hürriyət, millətlərə istiqlal!

Düşmənə gözdağı verən QARDAŞLIQ – İlham Əliyev bir daha sübut etdi ki...

940 01.05.2023 21:33 Siyasət A A

“Azərbaycan Prezidenti Türkiyəyə səfər edərək bizim qardaşlığımızın əbədi olduğunu bir daha sübut etmiş oldu. Hazırkı dönəmdə səfər xüsusi önəm daşıyırdı. Seçkilər ərəfəsində Türkiyə bir çox çağırışlarla üz-üzədir”.

Bu sözləri Musavat.com-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov Prezident İlham Əliyevin Türkiyə səfərini şərh edərkən deyib.

zaur.jpg (49 KB)

Politoloq qeyd edib ki, hazırda Türkiyədə mühüm hadisələr baş verməkdədir və bu kontekstdə qardaş ölkəyə dəstək çox vacib idi:

“Əlbəttə, səfərin mərkəzi hissələrindən birini Azərbaycan Prezidenti İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın “Teknofest” festivalında çıxışı təşkil edirdi. Türkiyə prezidentinin də qeyd etdiyi kimi, Azərbaycan zəlzələ bölgələrində bir çox layihələrdə iştirak edəcək. Eyni zamanda Kahramanmaraşda şəhərcik inşa ediləcək. Bunlar Türkiyə-Azərbaycan qardaşlığının nümunəsidir. Cənab Prezident çıxışı zamanı bu kimi mühüm məqamlara toxundu və Azərbaycanın daim Türkiyənin yanında olacağını qeyd etdi”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR