Telegram-ın yaradıcısı Pavel Durov məhkəmənin icazəsi ilə yenidən Dubaya qayıtdığını təsdiqləyib.
Musavat.com xəbər verir ki, o, bu barədə açıqlamasında məhkəmə prosesinin hələ davam etdiyini bildirib.
Durov hakimlərə, vəkillərə və Telegram komandasına göstərdikləri dəstəyə görə təşəkkür edib. O vurğulayıb ki, platforma illərdir moderasiya, əməkdaşlıq və cinayətkarlıqla mübarizə sahəsində yalnız qanuni öhdəlikləri yerinə yetirməklə kifayətlənməyib, hətta onları üstələyib.
Hazırda Telegram-ın gələcək hüquqi vəziyyəti ilə bağlı məhkəmə qərarı gözlənilir.
Musavat.com