İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanı TƏŞVİŞƏ SALAN bəyanat: Müharibə hər an başlaya bilər

4097 02.01.2024 00:37 Dünya A A

Son zamanlar hərbi xərclərini xeyli artıran Şimali Koreya lideri Kim Çen Inın son açıqlaması dünyanı təşvişə salıb. Şimali Koreya ABŞ və Cənubi Koreyanın böyük reaksiyasına səbəb olan ilk casus peykinin təqib ediləcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, ilin yekunu toplantısında ölkəsinin 2024-cü il üçün hədəflərini açıqlayan Kim Çen In ordunu gücləndirmək səyləri çərçivəsində gələn il daha 3 casus peykinin orbitə buraxılacağını bildirib.

Cənubi Koreya ilə münasibətlərdə köklü dəyişiklik olacağını bildirən Kim ölkəsinin nüvə ambisiyalarını davam etdirməkdən başqa çarəsi olmadığını vurğulayıb. Cənubi Koreya ilə birləşmənin artıq mümkün olmadığını qeyd edən Kim Seulun ölkəsinə düşmən kimi yanaşdığını bildirib.

ABŞ-ı da günahlandıran Şimali Koreya lideri deyib: “Düşmənlərin bizi işğal etmək üçün ehtiyatsız hərəkətləri səbəbindən Koreya yarımadasında hər an müharibə başlaya bilər”.

O, Cənubi Koreyanın ABŞ hərbi bazası və nüvə arsenalına çevrildiyini bildirib: “Düşmən qüvvələrinin qarşıdurma xarakterli hərbi hərəkətlərinə diqqətlə baxsaq, “müharibə” sözü mücərrəd deyil, realist bir anlayışa çevrilib".

Kim 2024-cü ildə nüvə və raket sənayesi, həmçinin pilotsuz uçuş aparatlarının (PUA) istehsalı sahəsində daha böyük inkişaflar olacağını bildirib.

O, mümkün nüvə böhranına tez reaksiya verilməsinin vacibliyini vurğulayıb: "Fövqəladə vəziyyət halında nüvə enerjisi də daxil olmaqla, bütün fiziki vasitə və qüvvələri səfərbər edərək Cənubi Koreyanın bütün ərazisini zərərsizləşdirmək üçün hazırlıqları sürətləndirməyə davam etməliyik".

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR