İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanı silkələyən müharibə ilə bağlı ŞOK PROQNOZ: mayda...

1778 25.04.2023 13:23 Son xəbər A A

Ukrayna aprelin sonuna qədər hər biri 4000-ə yaxın əsgərdən ibarət 12 briqada hazırlamaq niyyətindədir və may ayında əks-hücum əməliyyatına başlamağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” Pentaqonun şəbəkəyə sızan məxfi sənədlərinə və digər mənbələrə əsaslanaraq məlumat yayıb.

Məqalədə ABŞ və NATO müttəfiqlərinin 9 Ukrayna briqadasına təlim keçdiyi və onu tam təchiz etdiyi bildirilir. Məlumata əsasən, qoşunlar ölkənin cənubunda, o cümlədən Ukraynanın Krım yaxınlığındakı Azov dənizindəki sahil zolağında yerləşdiriləcək.

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Aleksandr Verşbounun sözlərinə görə, indi hər şey bu əks-hücumun uğurundan asılıdır. Çünki yalnız belə olan halda rəsmi Kiyevin diplomatiya meydanında əli güclənə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR