İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanı ayağa qaldıran görüntülər: fələstinliləri soyundurub... - ŞOK VİDEO

1555 26.12.2023 15:16 Dünya A A

İsrail qüvvələri çox sayda fələstinlini soyunduraraq stadiona yığıb.

Musavat.com xəbər verir ki, görüntülərdə şaxtalı havada yalnız alt paltarı ilə olan fələstinlilərin stadionda sıra halında gəzdiyi, daha sonra isə dizləri üstə oturduğu əks olunub.

Görüntülər sosial şəbəkələrdə etirazlara səbəb olub. İstifadəçilər İsrailin davranışını "qeyri-insani" adlandıraraq, stadionu həbs düşərgəsi ilə müqayisə ediblər.

Amerika-İslam Əlaqələri Şurası görüntülərdən sonra İsrail qüvvələrinin əlillərə, qadınlara, qocalara və hətta körpələrə əhəmiyyət vermədən fələstinlilərlə pis rəftar etdiyini ifadə edərək, araşdırma aparmağa çağırıb.

Sözügedən görüntüləri təqdim edirik:

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR