İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada anbarlar dolub-daşır: trilyonlarla dollarlıq malı alan yoxdur

2122 05.12.2023 11:55 Dünya A A

Sentyabrın sonunda dünyanın 4,3 mindən çox aparıcı sənaye korporasiyasının anbarlarında 2,1 trilyon dollardan çox dəyərində məhsul yığılıb qalıb.

Musavat.com xəbər verir ki, bu, koronavirus pandemiyasından əvvəl - 2019-cu ilin dekabr ayının sonu ilə müqayisədə təxminən 30 faiz çoxdur.

Yaponiyanın aparıcı iqtisadi qəzeti “Nikkei”nin yazdığına görə, bu vəziyyətin yaranmasında iki əsas amil rol oynayır: pandemiya zamanı tədarük zəncirlərinin pozulması və Çin iqtisadiyyatının inkişafında müşahidə olunan ləngimə.

Mütəxəssislərin fikrincə, anbarlarda həddindən artıq mal yığılması bütün dünyada iqtisadi vəziyyətin ümumi şəkildə pisləşməsinin nəticədir: istehsal olunan məhsulun sərf olunacağı sahələrdə tələbat azalıb.

“Nikkei” qeyd edir ki, Çində tələbin azalması ilə yanaşı, vəziyyəti Avropa İttifaqında ləng bazar mühiti də pisləşdirir. Anbarlarda məhsulların toplanıb qalması qlobal miqyasda sənaye istehsalının azalması təhlükəsi yaradır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR