İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada analoqu yoxdur: yaralı quşları qəbul edən bankomat

621 09.02.2026 00:07 Dünya A A

Varşava şəhərində dünyada analoqu olmayan unikal və humanist layihə istifadəyə verilib.

Musavat.com xəbər verir ki, Polşa paytaxtında 24 saat fasiləsiz fəaliyyət göstərən xüsusi “quş bankomati” vasitəsilə sakinlər istənilən vaxt yaralı və ya köməyə ehtiyacı olan quşları təhlükəsiz şəkildə mütəxəssislərə təhvil verə bilirlər.

Bu sistem bankomat prinsipi ilə işləyir: quş uyğun ölçülü xüsusi boksun içinə yerləşdirilir, bundan sonra quş sığınacağının əməkdaşları onu qurğunun digər tərəfindən götürərək müalicə və bərpa prosesinə başlayırlar. Məntəqə gecə-gündüz aktivdir və vaxt itkisini minimuma endirərək quşların xilas edilməsinə imkan yaradır.

“Quş bankomati” bütün növ quşları qəbul edir - kiçik sinitsalardan və sərçələrdən tutmuş iri leyləklərə qədər. Layihənin məqsədi şəhər mühitində vəhşi təbiənin qorunmasına töhfə vermək, eyni zamanda insanların təbiətə qarşı məsuliyyətini artırmaqdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR