İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyaca məşhur yazıçı VƏFAT ETDİ FOTO

1000 18.11.2023 15:58 Dünya A A

A. S. Byatt kimi tanınan ingilis şair, yazıçı və tənqidçi Dame Antonia Susan Duffy 87 yaşında vəfat edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, "Chatto & Windus" nəşriyyatı yazıçının evində dünyasını dəyişdiyini açıqlayıb.

"Onun itkisinə kədərlənirik, lakin təsirli əsərlərinin nəsillər boyu işıq saçacağını bilmək təsəllivericidir", - A. S. Byatt-ın naşiri Klara Farmer deyib.

Qeyd edək ki, ingilis şair və yazıçı Antonia Susan Drabble 24 avqust 1936-cı ildə anadan olub. 1990-cı ildə nəşr olunan "Possession" ona "Man Booker" mükafatını qazandırıb. 

Romanlarında realist, naturalist və fantastik elementləri birlikdə istifadə edən Byatt Britaniyanın ən önəmli yazıçılarından sayılır. Müəllif bütün yaradıcılığı boyu çoxsaylı ədəbi mükafatlar qazanıb.

Müəllifin kitablarından bəziləri aşağıdakılardır:

"Possession", "The Children's Book", "Matisse Stories", "Little Black Book of Stories", "The Game", "Djinn in the Nightingale's Eye", "The Virgin in the Garden", "The Thing in the Forest" və.s.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR