İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya şöhrətli aktyor vəfat etdi

603 31.12.2023 01:24 Dünya A A

Məhşur britaniyalı aktyor Tom Uilkinson 75 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sky News” telekanalı aktyorun yaxınlarına istinadən məlumat yayıb.

Tom Uilkinson “Aşiq Şekspir” (1998) dramında və “Batman başlayır” (2005) adlı döyüş filmində oynadıqdan sonra dünyaca məşhur olub.

“Yataq otağında” və “Maykl Kleyton” filmlərindəki rollarına görə iki dəfə “Oskar”a namizəd olub.

Aktyor 1948-ci ildə İngiltərənin şimalındakı Lids şəhərində anadan olub və uşaqlığının bir hissəsini Kanadada keçirib. O, aktyorluq karyerasına 1970-ci illərdə başlayıb, ilk böyük işi “Bərabərlər arasında birinci” (1986) adlı siyasi serialda rol alıb.

2005-ci ildə aktyor dramaturgiya sənətinin inkişafındakı xidmətlərinə görə Britaniya İmperiyasının ordeninin zabiti olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR