İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya ölkələrindən Rusiyaya YOX cavabı

716 04.12.2023 14:01 Dünya A A

2023-cü ildə dünya ölkələri Rusiya Baş Prokurorluğunun cinayət təqibi və ya hökmün icrası üçün şəxslərin ekstradisiyası ilə bağlı 101 müraciətini təmin etməyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Vedomosti” saytı məlumat yayıb.

İmtina edilənlərdən 36-sı siyasi səbəblərə görə təqib olunur. Onların hamısı hazırda Avropa ölkələrində yaşayır. Avstriya 6 dəfə, Almaniya və Çexiya hər biri 5 dəfə, Polşa isə 4 dəfə ekstradisiyadan imtina edib. İtaliya, Kipr, Bolqarıstan və başqaları da Rusiya tərəfindən təqib olunanların ekstradisiya tələbini rədd ediblər.

Baş Prokurorluq iddia edir ki, bəzi “siyasi” imtinalar Rusiyada terrorçu kimi tanınan təşkilatda işləməkdə ittiham olunan şəxslərə aiddir. Belə təşkilatlar arasında Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan “Rusiyanın Azadlığı” legionu, “Artpodqotovka” hərəkatının bir qrupu, İŞİD-in Moskva şöbəsi və 45 başqa təşkilat var. Bundan əlavə, Baş Prokurorluğun iddiasına görə, həmin ölkələr Rusiyanın “dövlət sirlərinə qanunsuz giriş”, “qətl” və “böyük fırıldaqçılıq”da ittiham etdiyi şəxsləri siyasi səbəblərə görə ekstradisiya etməyib.

2023-cü ildə 126 nəfər Rusiyaya ekstradisiya edilib. Onların yarıdan çoxu MDB ölkələrindən göndərilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR